Taliban Almaniyaya əfqan qaçqınları geri qaytarmağı təklif etsi

DÜNYA
23:11 / 07.06.2024
257

Taliban Almaniyaya əfqanların ailələrinə qaytarılması ilə bağlı danışıqlar aparmağı təklif edib

 

Ötən gün Almaniya kansleri Olaf Şolts terror təhlükəsi yaradan miqrantların Əfqanıstan və Suriyaya geri qaytarılmasını təklif edib. Bu, bir əfqanın polisi bıçaqladığı və bir neçə nəfəri yaraladığı Mannheim hadisələrinə reaksiya olub. 

Almaniya hakimiyyəti 2021-ci ildə Taliban radikal hərəkatı orada hakimiyyəti ələ keçirəndə Əfqanıstana deportasiyanı dayandırıb. İndi bu, dəyişə bilər, baxmayaraq ki, Almaniya Talibanın hakimiyyətini tanımır.

Hit.az xəbər verir ki, bu gün Əfqanıstan Xarici İşlər Nazirliyi bəyan edib ki, əfqan vətəndaşlarının Almaniyadan deportasiyası ilə bağlı qərarı izləyir və hər iki ölkənin bu məsələni diplomatik kanallar vasitəsilə həll edə biləcəyinə ümid edir. 

"Əfqanıstan İslam Əmirliyi Almaniya hakimiyyətini bu məsələni adi konsulluq qarşılıqlı əlaqəsi və ikitərəfli razılaşma əsasında müvafiq mexanizm vasitəsilə həll etməyə çağırır", - bəyanatda deyilir. 

Taliban əfqanların Almaniyadan Pakistan vasitəsilə ekstradisiya edilməsi imkanını rədd edərək, bunu beynəlxalq konvensiyaların pozulması adlandırıb

Samir

0