Türkiyənin Ərzincan əyalətinin İliç rayonunda mədənin çökməsi nəticəsində torpaq altında qalan beş fəhlənin meyiti çıxarılıb.
Bu barədə Ərzincan əyaləti valiliyinin yaydığı açıqlamada bildirilib.
Məlumata görə, bu il fevralın 13-də İliç rayonunda mədəndə baş verən çöküntü nəticəsində doqquz fəhlə itkin düşmüşdü.
Digər dörd nəfər barədə hələ də məlumat yoxdur.
Report