Baş nazir: "Bu barədə danışmaq hələ tezdir"

DÜNYA
21:55 / 10.06.2024
301

Avropa Parlamentinə (AP) son seçkilərdən sonra Ursula fon der Leyenin Avropa Komissiyasının (AK) sədri kimi ikinci müddətindən danışmaq hələ tezdir. 

Hit.az xəbər verir ki, bunu İtaliyanın baş naziri və İtaliya QardaşlarıPartiyasının lideri Corcina Meloni "Rtl" radiostansiyasına deyib.

“Düşünürəm ki, indi bu barədə danışmaq tezdir. Əksəriyyətin nə olacağını başa düşmək üçün hələ də məlumat toplayırıq", deyə Meloni bildirib.

İtaliya baş nazirinin sözlərinə görə, seçkilərin nəticələri fon der Leyeni dəstəkləyən Avropa Xalq Partiyasına (APP) daxil olmayan partiyalara dəstəyin əhəmiyyətli dərəcədə artdığını göstərib. 

“Nə baş verməsindən asılı olmayaraq, iki fakt var: vətəndaşların reaksiyası Avropadan daha çox sağ mərkəz qüvvələrinə baxmağı tələb edir. İkinci fakt odur ki, İtaliya Avropada fundamental rol oynayacaq”, deyə Meloni qeyd edib.

Qeyd olunur ki, Avropa Parlamentinə keçirilən son seçkilərdə “İtaliya Qardaşları" 28,8 faiz səs toplayaraq İtaliyanın siyasi qüvvələri arasında liderliyini təsdiqləyib.

Samir

0