G7 ölkələrinin liderləri 13-15 iyunda İtaliyada keçiriləcək sammitdə Rusiya ilə Şimali Koreya arasında tərəfdaşlığı pisləmək niyyətindədirlər.
Hit.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Diplomatlardan biri agentliyə anonim əsasda bildirib ki, G7 dövlət başçıları Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın dərinləşməsini qəti şəkildə pisləmək niyyətindədirlər.
İtaliyada keçiriləcək görüşdə dərc olunacaq kommünike layihəsinə əsasən, liderlər həmçinin Ukraynaya sarsılmaz dəstəyə sadiqliklərini təsdiq edəcəklər.
Bundan əlavə, nəşrlə söhbətdə mənbələr G7 liderlərinin Tayvan boğazında sülh və sabitliyin tərəfdarı olacaqlarını bildiriblər.
Bundan əvvəl Ağ Evdəki mənbələr CNN-ə bildiriblər ki, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəətdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq yardımın ayrılması ilə bağlı G7-də hələ də konsensus yoxdur.
Samir