Rusiya və Serbiya Qərbin müdaxiləsini birgə dəf edəcək

DÜNYA
19:34 / 10.06.2024
239

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin Qərbin ölkələrin daxili işlərinə müdaxiləsini dəf etməyi müzakirə ediblər. 

Hit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, görüşdə rəsmilər təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Söhbət zamanı hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti və informasiya təhlükəsizliyi məsələləri müzakirə olunub. "Qərb ölkələrinin suveren dövlətlərin daxili işlərinə müdaxiləsinə qarşı mübarizəyə xüsusi diqqət yetirilir", deyə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti qeyd edib.

Bundan əvvəl Şoyqu Almatıda Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçlə də görüşüb. Tərəflər əməkdaşlığın aktual məsələləri və beynəlxalq gündəliyə dair fikir mübadiləsi aparıb, həmçinin İttifaq dövlətinin təhlükəsizlik konsepsiyasının və təhlükəsizlik zəmanətləri üzrə Rusiya-Belarus sazişinin layihəsinin hazırlanmasını müzakirə ediblər.

Samir

0