Antisemit və cinayətdə ittiham olunan siyasətçilər Polşadan AP-nə üzv oldu

DÜNYA
18:45 / 10.06.2024
224

Qalmaqallı reputasiyaya malik siyasətçilər Polşadan Avropa Parlamentinə (AP) üzv olublar.

Hit.az xəbər verir ki, bunu Dövlət Seçki Komissiyasının yaydığı məlumat göstərir.

AP-yə Polşa Seyminin üzvü, 2023-cü ilin dekabrında Seymdə yəhudi bayramı şərəfinə yandırılan Hanukka şamlarını yanğınsöndürən ilə söndürdükdən sonra antisemitizmdə ittiham olunan Qrzeqorz Braun da daxil olub. Siyasətçiyə prokurorluq tərəfindən ittiham irəli sürülüb, lakin Avropa Parlamentinə üzvlük ona deputat toxunulmazlığı verəcək.

Ölkənin Seçki Komissiyasının məlumatına görə, keçmiş daxili işlər və administrasiya naziri Mariuş Kaminski və onun müavini Maçey Vonsik də Avropa Parlamentinin deputatı olublar. Siyasətçilər vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib və həbs cəzasına məhkum ediliblər, lakin yanvar ayında Polşa prezidenti Anjey Duda tərəfindən əfv edilərək azad ediliblər.

Polşanın “Orlen” enerji konserninin idarə heyətinin keçmiş sədri, istintaq orqanlarında barəsində ittihamlar olan Daniel Obajtek də AP-nin üzvü olacaq.

Samir

0