Cənubi Koreya hakimiyyəti başa düşür ki, Ukraynaya silah tədarükü heç bir şəkildə münaqişənin gedişinə təsir etməyəcək, lakin Moskva ilə münasibətləri pozacaq.
Hit.az xəbər verir ki, bunu Rusiyanın Cənubi Koreyadakı səfiri Georgi Zinovyev bildirib.
“Koreyada yaxşı başa düşürlər ki, silahları Ukraynaya düşsə, hərbi əməliyyatların gedişatını dəyişməyəcəklər. Amma bu, ikitərəfli münasibətlərimizə ciddi mənfi təsir göstərəcək. Əgər politoloqların dediyi kimi, Qərblə münasibətlərimiz gələcək nəsillər üçün korlanıbsa, xoşbəxtlikdən bunu Rusiya və Cənubi Koreya haqqında demək olmaz”, deyə Zinovyev vurğulayıb.
O xatırladıb ki, bu yaxınlarda Cənubi Koreya prezidenti Yun Seok-yeol müsahibə verib. Müsahibə zamanı Qərb jurnalistləri onu Rusiya haqqında sərt bəyanatlar verməyə təhrik etməyə çalışıblar, lakin heç nə alınmayıb:
“Xüsusilə Yun Seok-yeol bildirib ki, Koreya qanunvericiliyi münaqişə zonalarına silah tədarükünü nəzərdə tutmur. Ona görə də Ukraynaya silah tədarükünə gəlincə, koreyalılar da bu yanaşmanı rəhbər tuturlar”, deyə səfir vurğulayıb.
Samir