ABŞ hakimiyyəti İsrailin iştirakı olmadan amerikalı girovları azad etmək üçün Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmanın mümkünlüyünü istisna etmir.
Hit.az xəbər verir ki, bu barədə "NBC News" Amerika prezident administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Amerika tərəfinin dəstəyi ilə İsrail və HƏMAS arasında silahlı münaqişəyə son qoyulması üzrə danışıqlar uğurla başa çatmasa, Vaşinqton belə bir addım atmağa qərar verə bilər.
Kanalın həmsöhbətlərindən biri eyni zamanda Fələstin qrupu ilə danışıqların Qətərin vasitəçiliyi ilə aparılacağını bildirib.
ABŞ prezidenti Co Bayden administrasiyası qeyd edib ki, HƏMAS belə bir razılaşmaya razı ola və bununla da ABŞ-İsrail münasibətlərində əlavə gərginlik yarada bilər.
Eyni zamanda, ABŞ rəsmiləri hərəkatla mümkün ayrıca razılaşmanı, o cümlədən İsrailin baş naziri Benyamin Netanyahuya Vaşinqtonun israr etdiyi HƏMAS-la barışıq əldə etmək üçün təzyiq vasitəsi kimi nəzərdən keçirir.
Samir