Şarl Mişel Ursula fon der Leyeni devirmək istəyir

DÜNYA
10:57 / 11.06.2024
246

Avropa Şurası İttifaqının rəhbəri Şarlzə Mişel Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyeni Aİ-də ən yüksək vəzifələrin müzakirəsindən kənarlaşdırmaqla onu əvəzləmək niyyətindədir.

Hit.az xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, Şarlz əə Mişelin Ursula fon der Leyeni devirmək üçün yeni planı onun öz mövqeyi və gələcək perspektivləri haqqında danışmasına mane olmaqdır.

Mənbələr bildirib ki, Avropa Şurası İttifaqının sədri AK rəhbərini iyunun 17-də dövlət və hökumət başçılarının Aİ-nin ən yüksək vəzifələrini müzakirə edəcəyi qeyri-rəsmi sammitin iştirakçıları siyahısından çıxarmağı təklif edib.

Diplomatlardan biri anonim əsaslarla bildirib ki, Avropa İttifaqı ölkələri komissiya sədri vəzifəsinə namizədlərin seçilməsi prosesində Mişelin rolundan getdikcə daha çox qıcıqlanır. Mənbə hesab edir ki, Avropa İttifaqı Şurasının rəhbəri yalnız şəxsi motivlərlə hərəkət edir.

Nəşrin məlumatına görə, Aİ dövlətlərinin bir çox nümayəndələri Mişelin AK rəhbərini qarşıdakı iclasdan kənarlaşdırmaq təklifinə qarşı çıxır.

Bundan əvvəl məlum olmuşdu ki, Fransa prezidenti Emmanuel Makron fon der Leyenin yenidən AK rəhbəri seçilməsinə dəstək vermək niyyətindədir.

Samir

0