Yaponiyada “ət yeyən bakteriyalara” yoluxmaların sayı rekordları qırır

DÜNYA
21:19 / 11.06.2024
255

Yaponiyada hemolitik streptokok ilə yoluxmaların sayı cəmi altı ayda 2023-cü ilin rekord səviyyələrini keçib. 

Hit.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Milli Yoluxucu Xəstəliklər İnstitutuna istinadən məlumat yayıb.

Qeyd olunur ki, ağır hallarda xəstəlik qol və ayaq toxumalarının ölümünə səbəb ola bilər, bunun üçün patogenə "ət yeyən bakteriyalar" ləqəbi verilir. 

Jurnalistlərin məlumatına görə, 2024-cü ilin əvvəlindən 977 yoluxma halı təsdiqlənib, son bir ayda isə 176 yoluxma halı müəyyən edilib. Eyni zamanda, bütün 2023-cü il üçün 941 hadisə qeydə alınıb ki, bu da 1999-cu ildə belə müşahidələrin başlanmasından bəri ən böyük rəqəmdir.

Nəşr aydınlaşdırır ki, Yaponiya prefekturaları arasında ən çox yoluxma halı Tokioda (6 ay ərzində 145 hadisə) qeydə alınıb.

İnfeksiyaların artmasının səbəbləri hələ dəqiq müəyyən edilməyib.

Samir

1