Macarıstanın baş naziri Viktor Orban Avropa Parlamentinə seçkilərin nəticələrini şərh edərkən bildirib ki, Avropada sülh tərəfdarları 1:0 hesabı ilə öndədir, ikinci hissə isə payızda prezident seçkilərinin keçiriləcəyi ABŞ-da baş tutacaq. Hit.az xəbər verir ki, Onunbu barərə "Index" yazıb.
“Düşünürəm ki, biz müharibə və sülh məsələsində Avropada 1-0 öndəyik. Fasilə ləğv edildi. İkinci yarı ABŞ-da baş tutacaq və orada da qalib gəlmək şansı yüksəkdir”, deyə Orban bildirib.
Onun sözlərinə görə, Ukraynada münaqişənin davam etdirilməsi məsələsi Avropa Parlamentinə seçkilərdə əsas məsələyə çevrilib. O, həmçinin xatırladıb ki, onun Fidesz partiyası hərbi əməliyyatlar başlayandan böhranın sülh yolu ilə həllinin tərəfdarı olub.
“Bu seçimi edərkən məqsədimiz müharibəyə doğru tələsən Avropa qatarının sürətini azaltmaq və sonra dayandırmaq idi. Bu işlədi. Sülh qüvvələri təkcə Macarıstanda deyil, bütün Avropada güclənib”, dütə baş nazir bildirib.
Nümunə olaraq o, digərlərindən daha çox Ukraynaya əsgər göndərilməsinin tərəfdarı olan, lakin Emmanuel Makron növbədənkənar parlament seçkiləri elan etdiyi üçün seçkilərin nəticələrindən sonra güclü sarsıntı keçirən Fransanı göstərib. Orban bildirib ki, sülh danışıqlarının tərəfdarı olan yerli tərəflərin qalib gəlməsi üçün yaxşı şans var.
Bundan əvvəl Orban bildirib ki, əgər ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər Avropada böyük hərbi münaqişə baş verməsə və Donald Tramp qalib gəlsə, o zaman Qərbdə Ukraynadakı münaqişəyə son qoymaq üçün sülh tərəfdarlarından ibarət koalisiya yarana bilər.
Samir