Danimarka Müdafiə Nazirliyi 2024-2033-cü illər üçün kadr strategiyasını təkmilləşdirmək üçün 965 milyon kron (139 milyon dollardan çox) istəyib
Hit.az xəbər verir ki, bu barədə TASS hərbi idarənin press-relizinə istinadən yazır.
Nazirlik aydın karyera yolları, təkmilləşdirilmiş səriştə inkişafı və bu yaxınlarda valideyn olmuş işçilər üçün xidmət çevikliyini özündə əks etdirən “Hərbi işə qəbul və saxlanmanın yaxşılaşdırılması üçün 40 işçi qüvvəsi strategiyası təşəbbüsü” hazırlayıb.
Müdafiə naziri Troels Lund Poulsen deyib ki, idarənin uzun müddət ərzində müdafiə sahəsində böyük ambisiyaları var.
“Ancaq işçilərin olmaq və qalmaq istədikləri yerlərdə iş yerləri yarada bilsək, uğur qazana bilərik. İnsanlar bizim əsas sərvətimizdir, onların qarşısında ölkəmiz və təhlükəsizliyimiz naminə unikal və mühüm vəzifə durur”, deyə nazir qeyd edib
Bundan əvvəl Poulsen bildirib ki, Rusiya Federasiyası Şimali Atlantika Alyansına hücum edə bilər.
Samir