Makronun parlamenti buraxması hakim partiyada xaosa səbəb olub

DÜNYA
10:52 / 12.06.2024
307

Fransa prezidenti Emmanuel Makronun Milli Assambleyanı buraxmaq qərarı hakim partiyada qəzəb və xaosa səbəb olub. 

Hit.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Xüsusilə baş nazir Qabriel Attal və Milli Assambleyanın spikeri Yael Braun-Pivet bu qərara qarşı çıxıblar.

Makronun dövründə müxtəlif nazirliklərdə çalışmış yüksək rütbəli məmur bildirib ki, prezidentin qərarı Fransanın bəzi beynəlxalq prioritetlərini, məsələn, iqlim dəyişikliyi ilə mübarizə səylərini təhdid edir.

Diplomat bildirib ki, Paris ümidsiz şəkildə Avropa İttifaqını bu ay mümkün qədər çox saziş bağlamağa sövq edir.

Prezident partiyasından olan deputatlardan biri deyib ki, onlarla həmkarının yenidən seçilə bilməyəcəkləri üçün işini itirməsi ehtimalı onu əsəbiləşdirir. Onun sözlərinə görə, onlar satqın və ya qorxaq adlandırılacaqlarından ehtiyat edərək açıq danışmaqdan qorxurlar.

İyunun 9-da Makron ölkə parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını elan edib və birinci turu iyunun 30-da keçiriləcək növbədənkənar seçkilər təyin edib. Buna səbən hakim partiyanın Avropa Parlamenti seçkilərində uduzması olub.

Samir

0