Stoltenberq Rusiyaya qarşı alman silahlarından istifadə etmək qərarını dəstəklədi

DÜNYA
11:22 / 12.06.2024
339

NATO-nun baş katibi Yens Stoltenberq Almaniya hakimiyyətinin Ukraynanın Xarkov vilayətində rus hərbçilərinə qarşı alman silahlarından istifadəsinə icazə verilməsi qərarını dəstəkləyib.

Hit.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Stoltenbeq jurnalistin Qərb silahlarının Rusiyaya qarşı istifadə olunub-olunmaması sualına cavab verməkdən imtina edərək, təfərrüatlara girə bilməyəcəyini qeyd edib.

Baş katibin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə bu silahlardan, xüsusən də respublika yaxınlığındakı hərbi hədəflərə qarşı istifadə etməyə icazə verilməsi məntiqlidir.

Mayın 31-də ABŞ dövlət katibi Entoni Blinken ABŞ prezidenti Co Baydenin Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadəni təsdiqlədiyini bildirib.

Amerika diplomatiyasının rəhbərinin sözlərinə görə, söhbət eksklüziv olaraq Rusiyanın Xarkov yaxınlığındakı regionlarına hücumlardan gedir. Bununla belə, o, Amerika silahlarının Rusiya ərazisinə endirmə diapazonunun artırılması imkanını istisna etməyib.

Həmin gün alman hakimiyyəti Ukraynanın Xarkov vilayətində alman silahlarından istifadənin mümkünlüyünü təsdiqləyib.

Samir

0