Britaniya qrupu etiraz əlaməti olaraq Gürcüstandakı konsertini ləğv etdi

DÜNYA
19:09 / 12.06.2024
533

Britaniyanın "Massive Attack" qrupu Gürcüstanda iyunun 28-nə planlaşdırılan konsertini hökumətin müxalifətə qarşı hərəkətləri səbəbindən ləğv edib. 

Hit.az xəbər verir ki, bu barədə komanda X sosial şəbəkəsində məlumat verib.

“Dinc nümayişçilərə, fəallara və müxalifətçilərə qarşı döyülmə, həbslər, təhdid və zorakılıq, habelə vətəndaş cəmiyyətini gözdən salan və LGBT insanların hüquqlarını inkar edən qanunlar ifa etdiyimiz hər şeyə ziddir”, deyə musiqiçilər bəyanatda vurğulayıb.

"Massive Attack" izah edib ki, konsertin ləğvi onların Gürcüstan səhnəsindəki çıxışını hakimiyyət orqanlarının hərəkətlərinin bəyənilməsi kimi dəyərləndirilə bilər. Komanda ölkədə “azadlıq şəraitində” çıxış edəcəklərini vurğulayıb.

Yada salaq ki, Gürcüstanda bu yaxınlarda qəbul edilən xarici agentlər haqqında qanun cəmiyyətdə və yerli siyasətçilər arasında qarışıq reaksiyaya səbəb olub. Ölkədə etiraz aksiyaları keçirilib, Gürcüstan prezidenti Salome Zurabişvili də qanun layihəsini imzalamaqdan imtina edib.

Mayın 28-də Gürcüstan parlamentinin iclası keçirilib, iclasda dövlət başçısının xarici agentlər haqqında qanuna vetosu aradan qaldırılıb. Sənədin yekun qəbulunun lehinə 150 ​​deputatdan 84-ü səs verib. Qanun iyunun 3-dən qüvvəyə minib.

Samir

0