"Fransa Ermənistana çox güclü və son model silahlar satmaqla, onu silahlandırmaqla Rusiyanın təsir dairəsindən qoparmağı hədəfləyib. Lakin hesab edirəm ki, Rusiya bunu nə Ermənistana , nə də Fransaya bağışlmayacaq. Mən hələ Gümrüdəki rus hərbi hissələrinin orada hansısa bir insident törədəcəyindən ehtiyat edirəm".
Bu fikirləri Hit.az-a siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib:
"Bütün dünya Putinin məğlub olacağını gözlədiyi bir vaxtda o 25 il sonra ilk dəfə Şimali Koreyaya səfər etdi.Qərbli siyasətçilər bunu Putinin çətinliyə düşüb , yollar axtarması kimi qiymətləndirdilər. Lakin bu da var ki, Putin də, onun xarici siyasət idarəsinin rəhbəri Lavrov da lazım olanda çox sərt, hətta qəddar addımlar ata bilirlər. Rusiya geri çəkilmiş kimi görünə bilər. Lakin bu sadəcə görüntüdür və hansısa böyük planın bir hissəsidir"-deyə o əlavə edib.
Murad