Qəndilə hava əməliyyatı: 4 terrorçu zərərsizləşdirildi

14:51 / 21.06.2024
377

İraqın şimalındakı Qəndil bölgəsində aşkarlanan 4 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Hit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyi (MSB) bununla bağlı bəyanat yayıb.

“Terrorçular üçün qaçacaq yer, onlar üçün təhlükəsiz yer yoxdur! İraqın şimalında Qəndil bölgəsində aşkarlanan 4 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Əməliyyatlarımız sürəti azaltmadan davam edəcək”.

Samir

0