Həcc ziyarəti zamanı 31 misirli həlak oldu

DÜNYA
20:40 / 22.06.2024
310

Misirin Həcc missiyası 2024-cü ildə Məkkə və Mədinəyə gedən zəvvarlar arasında 31 ölüm faktını qeydə alıb.

"Report" xəbər verir ki, bunu Misirin Baş naziri Mustafa Madbouli ölkə prezidenti Əbdülfəttah əs-Sisinin sərəncamı ilə yaradılmış böhran komissiyasının iclasında çıxışı zamanı bildirib.

“Bu il Misirli zəvvarların ümumi sayı 50 min nəfəri ötüb", - o qeyd edib.

Daha əvvəl AP xəbər agentliyi azı Misirdən 300 nəfərin öldüyünü, lakin onların bir çoxunun həcc ziyarətini qeyri-qanuni yerinə yetirdiyini açıqlayıb.

0