Qadın dostlarını və qohumlarını aldadaraq yarım milyon funt-sterlinq qazanıb

23:13 / 24.06.2024
226

Britaniya bankının əməkdaşı fırıldaqçılıq sxemi ilə dostlarını və qohumlarının təxminən yarım milyon funt-sterlinq pulunu aldadaraq ələ keçirib. 

HİT.az xəbər verir ki, bu barədə "Halifax Courier" məlumat yayıb.

Halifaxdan olan 29 yaşlı Annabelle Allan 2017-ci ildə cinayətlər törətməyə başlayıb. Həmin vaxt qadının çoxlu borcu olub və o, yaxınlarının hesabına borclarından qurtulmağa qərar verib. Allan daha sonra Lloyds Bankda işləyib və əvvəlcə qardaşının xəbəri olmadan onun adına bir neçə kredit təşkil edib. Daha sonra o, bir çox qohumlarını, dostlarını və tanışlarını vəzifə səlahiyyətlərindən istifadə edərək, özünün çıxardığı saxta səhmlərə investisiya qoymağa razı salıb.

İnandırıcı bir fırıldaq sayəsində Allan 500.000 funt-sterlinqdən bir qədər az pulu ələ keçirib, lakin sonda 330.000 funt-sterlinq investorlara geri qaytarılıb. Lloyds Bank işçisini 2019-cu ilin əvvəlində cinayət törətməkdə şübhəli bilib və dörd ay sonra işdən çıxarılıb.

Allan daha sonra avtomobil satış şirkətində işə düzəlib və real avtomobil aldıqlarına inanan müştərilərdən 37 min funt-sterlinqdən çox pul alıb. Lakin onun yerləşdirdiyi elanların etibarsız olduğu üzə çıxıb.

Hakim qeyd edib ki, fırıldaqçı cinayətlərində əzmkarlıq və əhəmiyyətli dərəcədə incəlik nümayiş etdirib və nəticədə o, dörd il müddətinə azadlıqdan məhrum edilib.

Samir
 

0