Şimali Koreya yeni dünya müharibəsi ilə bağlı xəbərdarlıq etdi

DÜNYA
19:58 / 24.06.2024
164

Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin katibi Pak Çunq Çon bildirib ki, ABŞ-ın Ukraynadakı münaqişədə iştirakı yeni dünya müharibəsinə səbəb ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

Onun fikrincə, Vaşinqton Ukraynanı Rusiya ilə “proksi müharibəsinə” sövq etməkdə davam edərsə, bu, Moskvanın həlledici reaksiyasına səbəb ola bilər ki, bu da qlobal münaqişəyə səbəb olacaq.

Park Çonq Çon vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiya hədəflərini Amerika silahları ilə vurarsa, Rusiya Federasiyası istənilən cavab zərbəsini seçmək hüququna malikdir.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Şimali Koreyaya Rusiyadan silah tədarükünün mümkünlüyünün inanılmaz dərəcədə narahatlıq doğurduğunu bildirmişdi.

"Bu, əlbəttə ki, Koreya yarımadasında sabitliyi pozacaq və potensial müharibə olacaq... Həmçinin Rusiya özünün dəstəklədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozacaq", deyə agentliyin sözçüsü Metyu Miller jurnalistlərə bildirib.

Samir


 

0