Zambiyalı "peyğəmbər" Allahın ona qalibiyyət düsturu verdiyini dedikdən sonra kazinolara girişi qadağan edilib. O, bu sözləri 29 min dollarlıq cekpotu udduqdan sonra deyib.
HİT.az bu barədə "LADBible"yə istinadən xəbər verir.
KİV-in məlumatına görə, arxiyepiskop Emmanuel Mutumva bu sözlərinə görə indi bütün yerli kazinoların stop siyahısındadır. Qumar maşınlarının yerli sahibləri qorxurlar ki, bu adam “ilahi düstur” haqqında zarafat etmir və onları məhv edə bilər.
“Onlar iddia edir ki, peyğəmbər olduğum üçün Allahdan qalib nömrələrlə bağlı görüntülər alıram. Onlar iflas olacaqlarından qorxurlar, çünki mən tez-tez qalib gələcəm", deyə Emmanuel bildirib.
Mutumvanın özü də qumarı pis bir şey hesab etmir. O, qazandığı pulu yerli uşaqların təhsil haqqını ödəmək üçün istifadə etdiyini və həmçinin yerli müəssisələrə bağışladığını bildirib.
"Bu qələbə şansın nəticəsi deyil, inam sınağı idi. Mən dua etdim və Rəbb mənə görüntü vasitəsilə lazımi rəqəmləri verdi", deyə afrikalı əlavə edib.
Samir