ABŞ dünya nizamını dəyişdirməyə qadir olan yeganə ölkənin adını çəkdi

DÜNYA
22:54 / 24.06.2024
259

ABŞ hesab edir ki, Çin dünya düzənini dəyişmək imkanına malik yeganə ölkədir. 

HİT.az xəbər verir ki, bu barədə TASS ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbellə istinadən yazır.

"Co Bayden administrasiyası əmindir ki, Çin dünya nizamını dəyişmək niyyətində olan və bunu etmək üçün böyük iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malik yeganə ölkədir", deyə Kempbel bildirib.

Kempbell daha əvvəl demişdi ki, ABŞ Çini dünya səhnəsində əsas oyunçu kimi tanımalı və konstruktiv dialoq aparmalıdır.

İyunun əvvəlində Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) analitikləri Çinin atəş açmadan Tayvanı necə ələ keçirə biləcəyini proqnozlaşdırdılar.

Bundan əvvəl Çin Tayvana raket və dron satışı ilə bağlı Amerikanın “Lockheed Martin” şirkətinə qarşı sanksiyalar tətbiq etmişdi.

Samir

0