"Müharibə Rusiya ərazisinə keçib" - ŞƏRH

DÜNYA
12:02 / 25.06.2024
367

"Ukraynada davam edən müharibə çoxdan Rusiya ərazisinə keçib".

Bunu "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, uzun müddətdir Ukrayna tərəfindən Rusiya ərazisindəki müxtəlif zavodlar və enerji obyektləri pilotsuz uçuş aparatları (PUA) ilə vurulur:
"Bu da müharibənin Rusiya ərazisinə keçdiyini sübut edir. Sadəcə olaraq Rusiya ərazisində müharibənin genişlənməsinin qarşısı alına bilir. Burada ABŞ-nin mövqeyi də həlledicidir. Çünki rəsmi Vaşinqton öz silahları ilə Rusiya ərazisinə zərbələr endirilməsinə imkan vermir. Düşünürəm ki, bu da ABŞ-nin qeyri-səmimiliyinin təzahürüdür. Bəlkə də, ABŞ birbaşa Rusiya ilə üz-üzə gəlməkdən qorxur".

Ekspert hesab edir ki, Rusiya ilə ABŞ arasında Ukraynanın parçalanması ilə bağlı gizli razılaşma da ola bilər:


"Bundan başqa, Vaşinqton Moskvanın "damarına basmağın" nəticəsində nüvə silahının tətbiq olunmasından da ehtiyat edir. Bütün hallarda ABŞ-nin mövqeyi müharibənin daha geniş areala yayılmasının qarşısını alır. Çünki başqa silahların tətbiqi müharibədəki vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilərdi. Lakin təəssüf ki, ABŞ hələ də buna icazə vermir".

Pərviz

0