"İranda əxlaq polisinin və hicab məcburiyyətinin ləğv olunması mümkün deyil".
Bu sözləri Güney Azərbaycandan olan siyasi fəal Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, İran Konstitusiyasına görə qadınlar islami geyimlərdə olmalıdırlar:
"Hansı ki, bu, İran rejiminin təməllərindən biridir. Yəni hicab məsələsi Tehran hakimiyyəti üçün sadəcə dini məsələ deyil. Onlar, bunu həm də siyasi məsələ olaraq görürlər. İran rejimi məcburi hicabı ləğv etməyi özünü var edən təməl faktorlardan birindən geri addım atmaq kimi görür".
Həmsöhbətimizin xatırladıb ki, Tehran rejimi islam inqilabından sonra hər zaman hicab məsələsini siyasi məsələ olaraq görüb:
"Onlar, hətta hicabdan imtina etməyi "haram" hesab edirlər. Molla rejimi bu məsələdən təbliğat vasitəsi kimi də çox istifadə edib. Bu mövqelərindən vazkeçmələri də mümkün deyil. Yaxın gələcəkdə də İranda hicab taxma məcburiyyətinin ləğv olunacağını zənn etmirəm".
Pərviz