ABŞ-ın keçmiş prezidenti Barak Obamanın ögey bacısı Auma Keniyada vergi artımına qarşı etirazlar zamanı polisin gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində yaralanıb.
HİT.az xəbər verir ki, o, bu barədə CNN telekanalında danışıb.
"Gözyaşardıcı qaz atıldıqdan sonra mən heç nə görə bilmirəm" deyən Auma Obama əlavə edib ki, onun və etirazçıların əllərində yalnız bayraqlar və plakatlar olub.
Keniyada etirazlar ABŞ prezidenti Co Baydenin bazar ertəsi ölkəni “NATO-dan kənar əsas müttəfiqlər” sırasına daxil etməsindən sonra başlayıb. Bu, ilk dəfə Saharadan cənubda yerləşən bir Afrika ölkəsinin belə status almasıdır. May ayında Bayden Ağ Evdə ölkə prezidenti Rutonu qəbul edərkən Keniyaya bu statusu vermək qərarını açıqlamışdı.
Samir