Fransa prezidenti Emmanuel Makron ölkəsindəki daxili siyasi mübarizə səbəbindən Ukraynaya qoşun göndərməmək qərarına gəlib.
HİT.az xəbər verir ki, bunu rusiyalı deputat Aleksey Puşkov "Telegram" kanalında yazıb.
Puşkov hesab edir ki, Makron indi onun hərəkatının seçkilərdə uduzmasından narahatdır. Deputatın sözlərinə görə, Fransa prezidenti "geri çəkilib".
İyunun 24-də Makron bildirib ki, Fransa qoşunları yaxın vaxtlarda Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək.
Bundan sonra Emmanuel Makron bildirib ki, Fransa parlament seçkiləri ərəfəsində ölkədə ifrat sağçı və ifrat solçu siyasi blokların proqramları olduğu üçün vətəndaş müharibəsi ilə üzləşə bilər.
Fransa prezidenti həmçinin Rusiya prezidenti Vladimir Putinlə əlaqəni davam etdirməyə hazır olacağını bildirib.
Samir