ABŞ artıq Çinin əsas mal tədarükçüsü deyil

DÜNYA
21:53 / 25.06.2024
231

İlk beş ayın nəticələrinə əsasən, Cənubi Koreya ABŞ-ı birinci yerdən sıxışdıraraq Çinin əsas mal tədarükçüsü olub. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" Çin statistikasına istinadən yazır.

Yanvar-may aylarında Cənubi Koreya Çin bazarına 70,9 milyard dollarlıq mal göndərib.

Avstraliya və Yaponiya müvafiq olaraq 63,7 milyard və 62,3 milyard dollarla ikinci yerdədir. İlk "5-liy"i beş ayda Çinə 54,7 milyard dollarlıq mal satan Rusiya tamamlayır.

Ümumilikdə, ilin əvvəlindən Çin digər ölkələrdən 1,064 trilyon dollar dəyərində mal alıb. Bir il əvvəl bu rəqəm 1,033 trilyon dollar idi.

Cənubi Sudan 2024-cü ildə Çinə tədarükünü digərlərinə nisbətən daha aktiv şəkildə - 3320 dəfə artıraraq 158 milyon dollara çatdırıb.

Samir


 

0