Çin: "Qərb Ukraynadakı böhrana görə Pekini günahlandırır"

DÜNYA
19:44 / 27.06.2024
291

Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian bildirib ki, Qərb Ukrayna böhranına görə Çini ittiham edir. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"ABŞ və digər Qərb ölkələri nəinki Ukrayna böhranındakı rolu barədə düşünmürlər, həm də günahı dəfələrlə Çinin üzərinə atıblar, biz buna qəti şəkildə qarşıyıq", deyə Vu Qian bildirib.

Onun sözlərinə görə, Çin dünyanın bütün ölkələri, xüsusən də Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığa sadiq qalmaq niyyətindədir.

Bu arada, ABŞ Nümayəndələr Palatasının üzvü, Miçiqandan olan respublikaçı Con Molenaar bildirib ki, Çin hazırda ABŞ-dan təxminən 540 dəfə çox gəmi istehsal edir. Onun sözlərinə görə, bu gün dünya gəmiqayırma sənayesinin 1/10 faizi ABŞ-ın payına düşür. Çin tərsanələrinin payı təxminən 54% təşkil edir.

Konqresmen əlavə edib ki, Pekin özünün davamlı sənaye dominantlığını, eləcə də avtoritar sisteminin təntənəliliyini təmin etmək üçün hasilatı artırır.

Samir

0