Dörd ölkə Aİ-dən Rusiya və Belarus sərhədində istehkamlar tikməyi xahiş edib

DÜNYA
18:30 / 27.06.2024
349

Estoniyanın baş naziri Kaya Kallas ölkəsinin, eləcə də Latviya, Litva və Polşanın Avropa İttifaqının Rusiya və Belarusla sərhədində müdafiə xəttinin çəkilməsi üçün Aİ rəhbərliyinə müraciət etdiyi barədə məlumatı təsdiqləyib.

HİT.az xəbər verir ki, onun sözlərinə görə, müvafiq məktub təhdidlərə görə göndərilib.

"Biz Rusiya və Belarusla sərhəddə müdafiə infrastrukturu qurmalıyıq", deyə Kallas bildirib.

Polşa, Litva, Latviya və Estoniya alyansı Moskvadan gələn hərbi təhdidlərdən və digər zərərli fəaliyyətlərdən qorumaq üçün Avropa İttifaqının Rusiya və Belarusla sərhədi boyunca müdafiə xəttinin çəkilməsinə çağırıb.

Bu ölkələrin liderlərinin Aİ rəhbərliyinə ünvanladığı məktubda bildirilir ki, sərhəddə müdafiə infrastrukturunun görünməsi Aİ-nin hərbi və hibrid təhlükələrdən qorunması məsələsini həll edəcək. Hibrid təhlükələrə hərbi və qeyri-hərbi təhlükələr, həmçinin dezinformasiya, kiberhücumlar, iqtisadi təzyiqlər və sərhəddə miqrasiya böhranı yaratmaq cəhdləri daxildir.

Bu müraciəti şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bəyan edib ki, belə bir müdafiə xətti içəriyə doğru tıxaclarla qurulmalıdır.

Samir
 

0