Yaşıllar Partiyasından Avropa Parlamentinin deputatı Daniel Freund Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişele 20 min imza ilə məktub göndərərək, Macarıstanın Aİ Şurasına gələcək sədrliyini dayandırmağı tələb edib.
HİT.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Müraciətdə deyilir: “20 min vətəndaşla birlikdə biz, aşağıda imzası olan Avropa Parlamentinin üzvləri sizdən Macarıstanın Şuraya sədrliyini rəsmi olaraq dayandırmağınızı xahiş edirik".
Məktubda qeyd olunur ki, seçkilərdən dərhal sonra hazırkı Macarıstan hökumətinin Avropanı təmsil etməsi Aİ-nin reputasiyasına son dərəcə xələl gətirəcək.
"Avropa səviyyəsində Orban hökuməti Avropa İttifaqını diktatura ilə müqayisə etdi. Onlar Rusiyaya qarşı sanksiyalar qəbul edilən zaman ölkənin hər yerində Aİ bayrağına aid bomba plakatları asıblar. Elə bir vaxtda ki, Putin Aİ-yə namizəd ölkə olan Ukraynanı bombalayır, Orban sırf onun əlini sıxmaq üçün əlindən gələni edib, Çinə getdi", deyə deputatlar yazıb.
Mətn həmçinin fundamental Avropa dəyərlərinə dəstək verməyən hökumətin zorakılığını dayandırmağın zəruriliyindən bəhs edir: "Kriminal rəhbərliyin Aİ-ni təmsil etməsinə icazə verilməməlidir".
Samir