Avropa İttifaqı ilə Ukrayna arasında imzalanan saziş nəyi dəyişəcək? - RƏY

DÜNYA
10:57 / 28.06.2024
424

"Təhlükəsizlik sazişləri birdən artıq motivdə ola bilir".

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında Avropa İttifaqı ilə Ukrayna arasında imzalanan təhlükəsizlik sazişini şərh edərkən deyib.

O, Azərbaycanla Türkiyə və Rusiya arasında da təhlükəsizlik sazişlərinin olmasını nümunə göstərib:

"Məsələn, təhlükəsizlik sazişlərinə əsasən tərəflərin hansınınsa ərazisinə hücum olarsa biri-birlərinə dəstək göstərə bilərlər. Amma lazım gəlsə və bu yöndə istək olarsa dəstək verilməsi mümkündür. Yəni burada müqavilənin motivinə və bəndlərinə baxmaq lazımdır".

353031

Ekspert qeyd edib ki, Avropa İttifaqı ilə Ukrayna arasında imzalanan təhlükəsizlik sazişi bir çox sahələri əhatə edə bilər:

"Amma tərəflər arasında imzalanan bu müqavilənin Rusiya-Ukrayna müharibəsinin gedişatına bir o qədər də təsir edəcəyini zənn etmirəm. Yəqin ki, Avropa İttifaqı Ukraynaya dəstəyini bugünə qədər olduğu aspektdə davam etdirəcək. 

Düşünürəm ki, bu təhlükəsizlik sazişi Ukraynaya hərbi və iqtisadi yardımların ayrılmasının üst mərhələsini təşkil edir. Yəni bu günə qədər ayrılan yardımlardan daha böyük paketləri özündə ehtiva edəcək".

Pərviz

0