Alman deputat Trampın Ağ Evə mümkün qayıdışını "tarixi faciə" adlandırdı

DÜNYA
20:19 / 28.06.2024
142

Co Bayden və Donald Tramp arasındakı debatdan sonra Almaniya Bundestaqının Müdafiə Komitəsinin sədri Mari-Aqnes Strak-Zimmermann sonuncunun ABŞ prezidentliyinə mümkün qayıdışını “tarixi faciə” adlandırıb. 

HİT.az bu barədə "Rheinische Post" qəzetinə istinadən xəbər verir.

"Demokratlar ona qarşı güclü namizəd irəli sürə bilmədiyi üçün Tramp kimi bir adamın yenidən prezident ola bilməsi bütün dünyanın hiss edəcəyi tarixi faciə olacaq", deyə parlamentar bildirib.

Bundan əvvəl Almaniyanın "Der Spiegel" jurnalı ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Co Bayden arasında ilk debatın hazırkı dövlət başçısı üçün “hücuma keçmək” şansı olduğunu, lakin onun üçün fəlakətə çevrildiyini yazmışdı.

Trump ilə debat zamanı Bayden bir sıra qeyd-şərtlər və səhvlər edib, açıqlamaları aydın olmayıb. Bundan əlavə, onun səsi tədbir boyu boğulur, bəzən titrəyib və mübahisəyə xüsusilə sakitcə başlayıb. Teledebatdan sonra Bayden həyat yoldaşı Cil Baydenin köməyi ilə səhnəni tərk edib. CNN-in sorğusuna əsasən, Donald Tramp debatı izləyənlərin 67%-i üçün daha inandırıcı olub. Eyni zamanda, 57% Baydenin prezident postunu tutmağa qadir olduğuna şübhə edib.

Samir

0