7 oktyabr 2023-cü il qırğınının necə təşkil edilib? - ARAŞDIRMA

DÜNYA
20:58 / 28.06.2024
359

"Bild" və İsrailin “İsrael Hayom” qəzeti birgə araşdırmada keçən il oktyabrın 7-də baş vermiş hadisələri yenidən canlandırıb və ideoloji təlqinin HƏMAS yaraqlılarını Holokostdan sonra yəhudilərə qarşı ən ağır cinayəti törətməyə necə sövq etdiyini təhlil edib.

HİT.az xəbər verir ki, sağ qalanların, İsrail hərbi və məxfi xidmət rəsmilərinin açıqlamaları və HƏMAS yaraqlılarının əlində tapılan sənədlər bunun nəzarətdən çıxan hərbi əməliyyat deyil, soyuqqanlı bir qırğın olduğunu deməyə əsas verir.

"Bild" ilk dəfə olaraq İsrail hərbçilərinin Qəzza zolağında tapdığı sənədin məzmununu təkrarlayır. Bunlar hücumdan cəmi bir neçə saat əvvəl yüksək rütbəli terrorçulardan biri Əbu Sahib tərəfindən silahlılara verilən göstərişlərdir. Göstərişdə maddi-texniki və hərbi təlimatlara əlavə olaraq, silahlıların kibbutzimlərə hücumlarını canlı yayımlamalı olduğu bəndi də var.

Qüds İvrit Universitetinin professoru Denni Orbax deyir: "HƏMAS məqsədi təkcə insanları öldürmək yox, işgəncə və şikəstetmə yolu ilə bir qrupun digəri üzərində hökmranlığını nümayiş etdirmək idi".

İsrail kəşfiyyat xidmətlərinin məlumatına görə, HƏMAS-ın elit "Nuxba" bölməsinin döyüşçüləri ölkəyə ilk daxil olub. Onlar pikap maşınlarında sürətlə sərhəd hasarını aşaraq yaxınlıqdakı kəndlərə və kibbutzimlərə çatıb.

Sonra ikinci dalğa başlayıb: Qəzza məscidlərində HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Deif tərəfindən əlinə balta, bıçaq və ya silah götürə bilən hər kəsə qarşı işğalda iştirak etməyə çağırış edilib. 

Beləliklə, əhalinin kortəbii səfərbərliyi başlayıb - hücum planlarından xəbərsiz yüzlərlə insan da İsrail ərazisinə yollanıb.

İsrail hərbçilərinin bildirdiyinə görə, onların bir çoxunun yanlarında odlu silah olmayıb, lakin əsir götürülmüş israillilərə qarşı quldurluq və zorakılıqda iştirak etmək istəyiblər. Mənbənin "Bild"ə verdiyi məlumata görə, hücum edənlər arasında hətta 12 yaşlı uşaqlar da var. HƏMAS da öz növbəsində İsraildə girov götürənləri mükafatlandıracağını və onları Qəzza zolağına çatdıracağını vəd edib.

Samir

0