İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub

DÜNYA
12:45 / 29.06.2024
275

İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə İran Mərkəzi Seçki Komissiyası bildirib.

Məlumata görə, prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.

Bu turda Məsud Pezeşkian və Səid Cəlili iştirak edəcək.

Birinci turda qalib gəlmək üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əks halda, bir həftə sonra ikinci tur keçirilir və bu turda birinci turda ən çox səs toplayan iki namizəd iştirak edir.

0