ABŞ uyğur türkləri ilə bağlı QƏRAR VERDİ 

DÜNYA
11:27 / 28.05.2020
1490

Çin ABŞ Konqresinin Nümayəndələr Palatası Çinin Sincan Uyğur Muxtar Rayonu və digər ərazilərdə uyğurları, digər milli və dini azlıqları sıxışdırmaqda ittiham edən qanun qəbul edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qanun Çinin yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə imkan verəcək.

“Bu gün biz elan edirik ki, uyğurların tərəfindəyik və istismar olunan hər bir kəыin yanındatıq”-deyə konqresmen Bred Şerman açıqlama verib.

ABŞ Çinin 1 milyondan artıq uyğur türkünü islah-əmək düşərgələrində saxladığını açıqlayıb. Sayları 10 milyondan çox olan müsəlman uyğurlar Çində terrorizmlə əlaqəli olduqları ittihamı ilə repressiyalara məruz qalır.

0