Le Pen partiyası qalib gəlməsin deyə 180-dən çox namizəd seçkilərdən imtina edib

DÜNYA
12:23 / 02.07.2024
254

Fransada keçirilən parlament seçkilərində "Respublika Uğrunda" prezident koalisiyasından və "Yeni Xalq Cəbhəsi" solçu blokundan deputatlığa namizədlər sağçı Milli Cəbhə Partiyasının səs çoxluğu əldə etməməsi üçün namizədliklərini geri götürüblər. 

HİT.az xəbər verir ki, nu barədə Monde məlumat yayıb.

"185 namizəd seçkilərdən imtina edib, 126 nəfər də bu addımı ata bilər. Solçuların 121, prezident koalisiyasının 60 və digər partiyaların bir neçə namizədi ikinci turda iştirakdan imtina edib", deyə nəşr yazır.

İyulun 2-si saat 18:00-dək partiyalar ikinci turda namizədlərinin yekun siyahılarını təqdim etməlidirlər.

Sağçı Milli Cəbhə Partiyasının rəhbəri Cordan Bardella Fransada keçirilən parlament seçkilərində səsvermənin nəticələrini ölkə vətəndaşlarının əksəriyyətinin nə istədiyi ilə bağlı qəti qərar adlandırıb.

Bundan əvvəl Le Parisien qəzeti Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən yazıb ki, Fransada keçirilən parlament seçkilərinin birinci turunda Milli Cəbhə və onun müttəfiqləri 33,4 faiz səs toplayaraq qalib gəlib. Solçu Yeni Xalq Cəbhəsi koalisiyası 27,98% səslə ikinci, prezident Emmanuel Makronun koalisiyası isə 20,76% səslə üçüncü olub.

Samir

0