Gürcüstanda hərbi helikopter qəzaya düşdü - Ölən var

DÜNYA
15:07 / 02.07.2024
128

Gürcüstan Müdafiə Nazirliyi ölkənin şərqində helikopterin qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Müdafiə Nazirliyi həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə nazirlikdən bildirilib.

0