"İsrailin yüksək hərbi rəhbərliyi Fələstinin radikal HƏMAS hərəkatı ilə danışıqların aparılmasının tərəfdarıdır, onların məqsədi döyüşləri dayandırmaqdır".
HİT.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən “The New York Times” (NYT) məlumat yayıb.
İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Eyal Xulata deyib: “Hərbçilər girovların azad edilməsi və hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanı tam dəstəkləyirlər”.
Yəhudi dövlətinin yüksək rütbəli zabitlərinin fikrincə, atəşkəs girovların daha tez azad edilməsinə imkan verəcək və şiə Hizbullah hərəkatı ilə münaqişənin şiddətləndiyi halda resurslara qənaətə səbəb olacaq.
Hərbçilərin mövqeyini HƏMAS məhv edilənə qədər atəşkəsə qarşı çıxan baş nazir Benyamin Netanyahu bölüşmür.
Samir