Alman jurnalist: "Şolts Baydenin səhhəti ilə bağlı həqiqəti qəsdən gizlədir"

22:50 / 02.07.2024
121

Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Co Baydenin səhhəti ilə bağlı həqiqəti qəsdən gizlədir, onun vəziyyəti ilə bağlı ictimai şərhlərdən yayınır. 

HİT.az xəbər verir ki, bu barədə "Bild"in köşə yazarı Hans-Yörq Felevald yazır.

Jurnalist Donald Trampla fəlakətli debat fonunda Baydenin səhhəti ilə bağlı mübahisələrə işarə edir və Şoltsun bu yaxınlarda verdiyi müsahibəni xatırlayır, burada ABŞ-ın hazırkı prezidentinin nə etdiyini başa düşən çox aydın bir insan olduğunu deyir.

Felevald hesab edir ki, iki dövlətin liderləri arasında son görüşlər zamanı Şolts Co Baydenin fiziki və psixi sağlamlığının nə qədər pis olduğunu görməyə bilməzdi:

"Ancaq kansler Şolts bilir: O, Co Baydern haqqında artan şübhələri açıq şəkildə şərh edə bilməz. NATO, Avropa İttifaqı, Yaxın Şərqdəki münaqişə, Çinlə mübahisə və Ukraynadakı müharibə haqqında çox şey Baydenin ayağa qalxıb Trampı dayandırıb-dayandırmamasından asılıdır. Buna görə də Şolts pis sorğular haqqında heç nə bilmək istəmir".

Samir
 

0