Makron "inzibati çevriliş" hazırlamaqda ittiham olunur

DÜNYA
17:08 / 02.07.2024
230

Fransa prezidenti Emmanuel Makron gələcək müxalifətin baş nazirinin ölkəni idarə etməsinə mane olmaq üçün respublikanın dövlət strukturlarında inzibati çevriliş hazırlayır. 

HİT.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen "France Inter" radiosunda deyib.

Seçkilərin ikinci turuna dörd gün qalmış Makron milli polisə baş direktor təyin etmək məsələsini nəzərdən keçirəcək. Baxmayaraq ki, hazırkı baş direktor olimpiadanın sonuna qədər vəzifəsində qalmalı idi. 

O, qeyd edib ki, ötən həftə Fransa lideri artıq “Nazirlər Şurasının ənənəvi iclasından daha çox sayda təyinatlar həyata keçirib”. Onun sözlərinə görə, seçkinin nəticələrinə qarşı çıxmaq və Makronun qalib gələn partiyanın öz siyasətini həyata keçirməsinə mane olacaq şəkildə “öz adamlarını” təyin etməsi “inzibati çevrilişdir”.

İyunun 9-da Makron Fransa parlamentinin buraxıldığını elan edib və növbədənkənar seçkilər təyin edib. Buna səbəb Milli Cəbhə Partiyasının Avropa Parlamentinə seçkilərdə qalib gəlməsi olub. Səsvermənin nəticələrinə görə, 31,5% səslə Le Penin partiyası Makronun Renessans Partiyasının da daxil olduğu Besoin d'Avropa koalisiyasını (14,5%) iki dəfədən çox qabaqlayıb.

Samir

0