"Qərb ölkələri Ukraynada Rusiya Federasiyasına aqressiv şəkildə qarşı çıxır, çünki Ukrayna lideri Volodimir Zelenskinin rejimi artıq laxlayır. ABŞ münaqişəyə yeni təkan vermək və onu genişmiqyaslı müharibəyə çevirmək istəyir",
HİT.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.
"Qərb aqressivdir, çünki Kiyev rejiminin necə çatladığını görür, ona görə də onlar daha fəallaşıb və münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsi üçün yeni təkan verməyə çalışırlar", deyə o vurğulayıb.
Bu baxımdan, deputatın sözlərinə görə, Qərb ölkələri F-16 qırıcılarını Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyə çalışır.
Bundan əvvəl hərbi ekspert Yevgeni Mixaylov bildirmişdi ki, Ukraynaya verilən F-16 qırıcıları Rusiya hərbçiləri tərəfindən dərhal məhv ediləcək, çünki Kiyev onlardan Rusiya ərazisinə hücum etmək üçün istifadə edəcək.
O, xatırladıb ki, Rusiya hərbçiləri Ukrayna aerodromlarını məhv edir, ona görə də qırıcıların yerləşdirilmə məntəqələri olmadan qalması ehtimalı var. Bütün bunlar, hərbi ekspertin fikrincə, Kiyev üçün bu qiymətli hədiyyənin tez bir zamanda “toza çevriləcəyini” deməyə əsas verir. Politoloq Amsterdamın bu cür yardımla bağlı qərarını gözlənilən adlandırıb və əlavə edib ki, Hollandiya “rusofob ritorika”nı seçdiyi üçün bu, çoxdandır.
Samir