İtaliya Almaniyanın silah istehsalçısı "Rheinmetall"dan 20 milyard avro dəyərində tank və piyada döyüş maşınları sifariş etməyi planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, İtaliya 15 il ərzində istehsalçıdan 350 "Lynx" piyada döyüş maşını və 200-dən çox "Panther" tankı almaq istəyir. Qeyd edilir ki, bu müqavilə "Rheinmetall" tarixində ən böyük müqavilə ola bilər.
"Reuters"in məlumatına görə, "Rheinmetall" sifarişlə bağlı "Handelsblatt" hesabatını təkzib etməyib və bu məlumatı daha sonra şərh etmək niyyətindədir.
İyulun 1-də məlum olub ki, "Rheinmetall" Almaniya Silahlı Qüvvələrindən (Bundesver) 3,5 milyard avro dəyərində 6,5 min hərbi yük maşınının tədarükü üçün sifariş alıb.
İyunun 20-də Almaniya konserni 8,5 milyard avro məbləğində 155 millimetrlik mərmilərin tədarükü üçün sifariş aldığını elan etdi, bundan əlavə, Almaniya ordusu, Danimarka Silahlı Qüvvələri və Niderland Estoniya da mərmi sifariş edib. Eyni zamanda, "Rheinmetall"ın elanında tədarük edilən mərmilərin bir hissəsinin Ukraynaya daşınacağı birbaşa ifadə edilib.
Samir