Tramp seçki üçün Baydendən daha çox pul toplayıb

DÜNYA
12:17 / 03.07.2024
245

Bu ilin ikinci rübündə ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyası hazırkı dövlət başçısı Co Baydenin seçki qərargahından daha çox vəsait toplayıb. 

HİT.az xəbər verir ki, bu barədə "Axios" portalı hər iki baş qərargahın bəyanatına istinadən yazıb.

Bayden kampaniyası və Demokratik Milli Komitə 264 milyon dollar, Trampın kampaniyası və Respublikaçı Milli Komitə isə 331 milyon dollar toplayıb.

Eyni zamanda, iyun ayında Bayden 127 milyon dollara qarşı 111,8 milyon dollar yığaraq Trampı geridə qoyub. Buna baxmayaraq, ümumilikdə, ikinci rübün nəticələrinə görə, hazırkı ABŞ prezidentinin əlində rəqibindən daha az vəsait var.

Bundan bir qədər əvvəl "Reuters" mənbələrə istinadən xəbər vermişdi ki, konqresmenlər, Demokratlar Partiyasının nümayəndələri Baydendən prezidentlik yarışını tərk etməyi xahiş etmək niyyətindədirlər.

ABŞ-da 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.

Samir

0