Le Pen AP-da Orbanın alyansı ilə birləşməyi müzakirə etməyi planlaşdırır

DÜNYA
13:03 / 03.07.2024
121

Marin Le Penin Fransa Milli Cəbhə Partiyasının üzvləri Avropa Parlamentində digər qruplarla danışıqlar aparır və bunun nəticəsində partiya Macarıstanın baş naziri Viktor Orbanın “Avropa naminə vətənpərvərlər” alyansına qoşulmaq istəyə bilər. 

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Hərəkat nümayəndələri AP-dəki digər siyasi qüvvələrlə danışıqlar aparır, nəticədə Milli Cəbhə Partiyası öz siyasi xəttindən əl çəkərək Orbanla birləşə bilər", deyə agentlik qeyd edir.

Fransa parlament seçkiləri başa çatdıqdan sonra ifrat sağçı Kimlik və Demokratiya fraksiyasının üzvləri “gələcəyi müzakirə etmək üçün” Avropa Parlamentində görüşməlidirlər, lakin bəziləri artıq Avropa üçün Patriotlara qoşulmağa meyllidirlər.

Samir


 

0