Fransada nə baş verir? - "Makron üçüncü dəfə prezident olmaq istəyir"

DÜNYA
13:30 / 03.07.2024
428

"Fransa Prezidenti Emmanuel Makronun hakimiyyətdən gedəcəyini düşünmürəm".

Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib. 

O, Fransa Prezidenti Emmanuel Makronun partiyasının keçirilən parlament seçkilərində məğlub olması barədə bunları deyib:

"Hesab edirəm ki, Makron çox böyük "qumar" oynadı və məğlub oldu. Makron ultrasağ millətçilərin parlamentə gəlişilə digər sağ qüvvələri onun partiyası ətrafında birləşməyə məcbur edəcəyini düşünürdü. Lakin bu, həyata keçmədi".

353313

Ekspertin sözlərinə görə, Makron üçüncü dəfə prezident olmaq istəyir:

"Makron ultrasağların parlamentdə olduğu dönəmdə əhalinin etirazlarının yaşanacağını güman edir. O, bunun fonunda isə növbəti prezident seçkisində qələbə qazanmağı hədəfləyir. Makron faktiki olaraq üçüncü dəfə prezident olmaq istəyir. Amma Fransa Konstitusiyası buna icazə vermir. 

Makron dəfələrlə bu məsələni gündəmə gətirərək Konstitusiyanı da dəyişmək istədi, amma alınmadı. Ona görə də Makron Rusiyadakı Putin-Medvedev planı kimi bir dönəm fasilə verib yenidən hakimiyyətə gəlmək istəyir".

Politoloq diqqətə çatdırıb ki, Emmanuel Makron özünə sadiq şəxsləri partiya rəhbərliyinə gətirib:

"Amma bu planın da baş tutmadığı görünür. Bundan sonra isə Makron hadisələri tezləşdirmək üçün istefa verərək hakimiyyəti davam etdirmək çağırışları səsləndirə bilər. Bundan başqa, ölkədə siyasi böhran yaradaraq üçüncü dəfə prezident seçilməsinin önünü açmağa çalışacaq". 

Pərviz

0