NATO ölkələri Ukraynanı dəstəkləmək üçün çoxillik öhdəliklər barədə razılığa gələ bilməyib.
HİT.az "ASB Zeitung"a istinadən xəbər verir ki, baş katib Yens Stoltenberqin blok ölkələrini razı salmaq cəhdləri baş tutmayıb.
Vaşinqtonda keçirilən sammit ərəfəsində NATO müttəfiqlərinin razılaşdıqları yeganə şey gələn il ərzində Ukraynaya ən azı 40 milyard avro məbləğində yardım göstərməkdir.
Ancaq kimin və nə qədər verəcəyi ilə bağlı hələlik konkret razılaşmalar yoxdur. Yalnız ilkin razılıq var ki, töhfənin ölçüsü NATO üzvü olan ölkələrin ÜDM-dən asılı olacaq.
"ASB Zeitung" yazır ki, Ukraynanı dəstəkləmək üçün uzunmüddətli öhdəliklər ideyasına qarşı, xüsusən də böyük iqtisadiyyatları olan, lakin ÜDM-nin yalnız kiçik bir hissəsini Ukrayna ehtiyaclarına ayırmağa hazır olan İtaliya və Fransa çıxış edib.
Həmçinin qeyd olunur ki, NATO ölkələrinin Ukraynaya hərbi yardımla bağlı konkret öhdəliklərinin olmaması Çexiya kimi ölkələrdə Rusiyanın artan təcavüzünü potensial təhlükə kimi qəbul etdikləri üçün narahatlıq yaradıb.
Samir