Tramp seçkidə rəqibin Bayden yox, Kamala Harris olacağını açıqladı

DÜNYA
11:00 / 04.07.2024
220

ABŞ-ın hazırkı prezidenti Co Bayden fəlakətli debatdan sonra seçki yarışını tərk edəcək. 

Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.

Tramp əlavə edib ki, Baydeni belə bir qərar verməyə məcbur edən məhz özü olub:

"Bayden seçki yarışını tərk edir... Mən onu yarışdan çıxartdım. Bu da o deməkdir ki, rəqib olaraq Kamala Harris var. Düşünürəm ki, o, Baydendən daha yaxşı olacaq".

Bu arada, Demokratlar Partiyasını təmsil edən ABŞ ştatının qubernatorları uğursuz seçki debatlarına rəhbərlik edən prezident Co Baydeni dəstəkləyəcəklərinə söz veriblər. Bunu Merilend ştatının qubernatoru Ues Mur bildirib.

Mur Baydenlə görüşən 20 Demokrat qubernatorun indi insanlardan eşitdikləri narahatlıqlardan danışdıqlarını qeyd edib. Amma eyni zamanda qubernatorlar prezidentə dəstək olduqlarını bildiriblər.

Samir

0