Fransızlar hakimiyyətdə hansı partiyanı görmək istəyir?

DÜNYA
19:40 / 04.07.2024
300

Sorğuda iştirak edən fransızların yarısı ölkə parlamentinə seçkilərdə Marin Le Penin Milli Cəbhə Partiyasının qalib gəlməsini istəyir. 

HİT.az xəbər verir ki, bu, LCI televiziya kanalı, "Figaro" qəzeti və "Sud Radio" stansiyası üçün IFOP tədqiqatının nəticələrindən irəli gəlir.

Araşdırmanın nəticələrinə görə, hər ikinci respondent Milli Cəbhənin Fransa parlamentində mütləq çoxluğu əldə etməsini istəyir. Sorğu iştirakçılarının 47%-i Le Penin partiyasının uğuruna əmindir, vətəndaşların daha 43%-i onu xalqa Yeni Xalq Cəbhəsinin nümayəndələrindən daha yaxın hesab edir.

Sorğunun nəticələrindən də belə çıxır ki, tədqiqat iştirakçılarının 40%-i Milli Cəbhənin dəyərlərini ən demokratik hesab edir. Fransalı respondentlərin 45%-i partiya sədri Cordan Bardelli baş nazir kimi görmək istəyir.

Bundan əvvəl “Le Parisien” qəzeti Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən yazıb ki, Fransada keçirilən parlament seçkilərinin birinci turunda Milli Cəbhə və onun müttəfiqləri 33,4 faiz səs toplayaraq qalib gəlib. Solçu Yeni Xalq Cəbhəsi koalisiyası 27,98% səslə ikinci, prezident Emmanuel Makronun koalisiyası isə 20,76% səslə üçüncü olub.

Samir

0