Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan

DÜNYA
10:19 / 05.07.2024
274

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiyanın lazım olduğunu deyib.

Trend xəbər verir ki, Paşinyan bu fikirləri Ermənistanın Konstitusiya Günü münasibətilə erməni xalqına ünvanladığı təbrikdə səsləndirib.

"Xalq yeni konstitusiyanı özü tərəfindən hazırlanıb və qəbul olunmuş hesab edəcək, orada yazılanlar onun yaratdığı dövlət, insanlar və vətəndaşlar arasındakı münasibətlərə dair təsəvvürləri olacaq", - o deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan vətəndaşları konstitusiyanın hakimiyyət tərəfindən hazırlandığını və tətbiq olunduğunu hesab edir

0