"Parlament seçkilərində Leyboristlərə uduzan Böyük Britaniyanın Mühafizəkarlar Partiyası ölkənin Avropa İttifaqından çıxması, Brexit prosesində başlayan böhran içindədir".
HİT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ Universitetinin Avropa hüququ kafedrasının dosenti Nikolay Topornin "RİA Novosti" ilə söhbətində bildirib.
"Görünür, partiya çıxmalı olduğu böhrana düşüb. Hər şey Brexit ilə başladı və hələ də davam edir", deyə ekspert vurğulayıb.
Onun fikrincə, Böyük Britaniyanın baş naziri olan Rişi Sunakda həm də keçmiş baş nazir Marqaret Tetçerin xarizması, təcrübəsi və "sabit əli" yox idi ki, bu da Mühafizəkarlar Partiyasının məğlubiyyətinə səbəb olub.
Topornin Mühafizəkarlar Partiyasının 100-150 yer alacağı parlament seçkilərindəki nəticəsini uğursuzluq adlandırıb.
İcmalar Palatasına keçirilən seçkilərdə Leyboristlər Partiyası qalib gəlib. O, 650 yerdən 326-nı qazanıb və yeni hökuməti formalaşdıracaq.
14 il hakimiyyətdə olan Mühafizəkarlar Partiyası tarixinin ən böyük məğlubiyyətini alıb. Partiya İcmalar Palatasında 71 yer qazana bilib. Artıq baş nazir və Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak rəqibini qələbə münasibəti ilə təbrik edib.
Partiyanın qələbəsindən sonra Leyboristlərin lideri Kir Starmer dərhal ölkəni yaxşılığa doğru dəyişməyə başlayacağına söz verib.
Samir